Mustafayevin komandasından heç-heçə
10.04.2023 , 16:58

Ukrayna Premyer Liqasında 20-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Mustafayevin formasını geyindiyi “Aleksandriya” səfərdə “Odessa”nın (Çernomorets) qonağı olub.
Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 45-ci dəqiqədə əvəzlənib.
“Aleksandriya” hazırda 32 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
