Mustafayevin komandası evdə qalib gəldi
15.04.2024 , 23:03
Ukrayna Premyer Liqasında 24-cü turunun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi “Polesye” evdə “Kolos” klubuna 1:0 hesabı ilə qalib gəlib.
Matçda Yeganə qolu isə Vyaçeslav Tankovski vurub.
Mustafayev də bu görüşdə iştirak edib. O, meydana start heyətdə çıxıb və sona qədər çıxış edib.