“Xəzər Lənkəran”ı tərk edən Edu Oriol Cənubi Kipr klubuna keçib.
Korner.az-ın məlumatına görə, ispan futbolçu AEL klubu ilə müqavilə bağlayıb.
Mustafa Dənizlinin “Xəzər Lənkəran”da görmək istəmədiyi Edu artıq Cənubi Kiprdə debüt edib. Yanvarın 19-da “Omoniya” ilə baş tutan çempionat oyununun son saniyələrində meydana daxil olan ispan futbolçu 3 gün sonra APOEL-lə kubok matçının 48-ci dəqiqəsində oyuna qoşulub. Edu iki gün öncə AEK-lə səfərdə keçirilən çempionat matçının start heyətində alıb və 69-cu dəqiqədə əvəzlənib. Oyun onun üçün uğurlu alınıb. Belə ki, 17-54-cü dəqiqələrdə iki qol vuran Oriol AEL-ə 2:1 hesablı qələbə qazandırıb.