Türkiyənin ən adlı – sanlı məşqçilərində olan Mustafa Dənizli özünə yeni iş yeri tapıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, 1-ci divizyon təmsilçisi “Şanlıurfaspor” klubunu çalışdıracaq.
Xatırladaq ki, Dənizli “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” klublarını çalışdırıb və hər biri ilə çempionluqlar yaşayıb.