“Xəzər Lənkəran” klubunun baş məşqçisi olmuş və uğursuzluğa görə istefa etmiş Mustafa Denizli yeni iş tapıb.
Korner.az-ın məlumatına görə, “Beşiktaş” klubunun ikinci prezidenti Ahmet Nur Çebi Denizliyə yeni iş məsləhət görüb. Təcrübəli məşqçiyə “Beşiktaş”ın əsas direktoru olmaq təklifi edilib.
Ahmet Nur Çebinin sözlərinə görə Denizli bu qərarı sevinclə qarşılayıb. Onun sözlərinə görə, cənubluların keçmiş baş məşqçisi Ahmet Nurun təklifini dərhal qəbul edib və: “Mən “Beşiktaş”lıyam. Pul məsələsini müzakirə etmək mənasızdı. Siz layiq bilmisinizsə sevə sevə gələrəm”, – deyib.