“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli “Trabzonspor”u çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, Türkiyə mətbuatına danışan M.Dənizli “Trabzonspor”dan təklif almadığını deyib:
“Trabzonspor”dan hər hansı bir təklif almamışam. Bir gün mütləq Türkiyəyə qayıdacağam. Ancaq bir problem olmasa, mövsümün sonuna qədər “Xəzər Lənkəran”da qalmaq istəyirəm”.
