Səhhətindəki problemlərlə əlaqədar vətəni Türkiyəyə yollanan “Xəzər Lənkəran”ın baş məşqçi Mustafa Dənizli fevralın 6-da Bakıya qayıdacaq. Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlunun verdiyi məlumata görə, 65 yaşlı mütəxəssis qardaş ölkədə tibbi müayinədən uğurla keçib.
Korner.az-ın məlumatına görə, “Xəzər Lənkəran” Topaz Premyer Liqasında növbəti oyununu fevralın 9-da evdə “Neftçi”yə qarşı keçirəcək.
Hazırda paytaxtda olan “ağ-yaşıllar” Lənkərana fevralın 7-də yollanacaqlar. Cəbrayıloğlu “Xəzər Lənkəran” mərkəzi stadionunun oyunadək tam hazır vəziyyətə gətiriləcəyini bildirib:
“Hazırda ehtiyat meydanımız qardan təmizlənib. Sabah isə əsas meydan təmizlənəcək və oyunun baş tutmasında heç bir problem olmayacaq”.
