“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli legioner limiti ilə bağlı öz fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, türk mütəxəssis AFFA İcraiyyə Komitəsinin iclasına qatılıb.
Türk mütəxəssis “6+5” sistemini təklif edib. Lakin Dənizli start heyətində 21 yaşadək bir yerli futbolçunun olmasının tərəfdarı deyil. O, bu tələbin “18-lik” üçün nəzərdə tutulmasını istəyib.
Qeyd edək ki, İcraiyyə Komitəsi növbəti mövsüm üçün “6+4+1” sistemini qəbul edib. Yerli futbolçulardan biri 23 yaşdan aşağı olmalıdı.
