Topaz Premyer Liqasının 32-ci turunda "İnter" "Xəzər Lənkəran"ı 3:0 hesabıyla məğlub edib.
Korner.az "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin oyundan sonra mətbuat konfransında verdiyi açıqlamanı sizə təqdim edir:
"Nə deyim, bilmirəm. Uğursuzluq seriyamız davam edir. Yaxşı oynasaq da, pis oynasaq da uduzuruq. Liqada gedəcək bir yerimiz yoxdur. Hədəfimiz kubok idi. O da alınmadı. Yerli futbolçu sarısından korluq çəkirik. Bəzilərini formada olmasalar belə oynatmağa məcbur oluruq".