Topaz Premyer Liqasının 17-ci turunda “Xəzər Lənkəran” doğma meydanda “Rəvan”la qarşılaşıb.
Korner.az-ın məlumatına görə, rəqibini minimal hesabla məğlub edən cənublular növbəti üç xalı aktivinə yazıb 1:0.
Şahin Diniyev: “Maraqlı oyun oldu. Komandamdan razıyam, sona kimi mübarizə apardıq. Fikrimcə, hesab 1-1 olsa idi, bu, ədalətli nəticə olardı. Hesabı bərabərləşdirmək üçün bir neçə imkanımız oldu”.
Mustafa Denizli: “Bizim üçün vacib oyun idi. Növbəti oyunumuzda da qalib gələcəyimizə inanıram. Hər oyunda futbolçular bir-birini daha da yaxşı başa düşəcək, turnir cədvəlində irəliləyəcəyik”.
