Rəşad Eyyubovun yayda "Simurq"u tərk edəcəyi ilə bağlı məlumat yayılmışdı. Bunun səbəbi isə futbolçunun iddialı klublardan təklif almasıdı.
Artıq Rəşadı istəyən klublardan birinin adı müəyyəşib.
Korner.az-ın məlumatına görə, "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli 21 yaşlı forvardın xidmətində maraqlıdı. Lakin Rəşad hələ hansı klubla müqavilə bağlayacağı ilə bağlı qərarını verməyib.
Qeyd edək ki, cari mövsümdə "Simurq"un heyətində 26 oyuna çıxan Eyyubov 5 qola imza atıb.
Fanat.az