“Qalatasaray”la iki illik müqavilə imzalayan Mustafa Dənizlinin məvacibi açıqlanıb.
Korner.az-ın məlumatına görə, klubun rəsmi saytında verilən açıqlamada bildirilir ki, Dənizli 2017-ci ilədək “sarı-qırmızılılar”ı çalışdıracaq.
Bu müddətdə o, 4.5 milyon dollar qazanacaq. Müqaviləyə əsasən, komanda bu mövsüm çempion olarsa, Dənizliyə əlavə olaraq 500 min dollar veriləcək. Növbəti mövsümün çempionluöğu isə ona 400 min dollar qazandıracaq. Bundan əlavə, anlaşmaya görə, Çempionlar Liqası və ya Avropa Liqasında 1/4 final və daha sonrakı mərhələlərə adlayarsa, Dənizliyə hər tur üçün 250 min dollar ödəniləcək.
