“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizlinin Türkiyədən komandasına gətirmək istədiyi futbolçular müəyyənləşib.
Korner.az “eurospot”a istinadən xəbər verir ki, Dənizli “Əskişəhərspor”dan Necati Atəşlə “Beşiktaş”la yollarını ayıran İbrahim Toramanı Lənkərana gətirmək istəyir.
Türkiyəli həmkarlarımızın verdiyi məlumata görə, Dənizli Toramanla telefonla danışıb və futbolçu bu transferin gerçəkləşməsi üçün məşqçidən bir qədər zaman istəyib.
Dənizlinin yeni komandasına gətirməkdə isarlı olduğu futbolçu isə Necatidir. “Əskişəhərspor” yüksək maaş almaq səbəbiylə Necatiylə yollarını ayırır.
Hücumçu ilə danışan Dənizli isə onu Azərbaycana gətirməyə razı salmağa çalışır.
Qeyd edək ki, müdafiəçi İbrahim Toramanın 32, Hücumçu Necati Atəşin isə 33 yaşı var.
