Dünya Futbolu

Mustafa Dənizli istefa verdi

15.05.2019 , 11:21

Türkiyənin “Kasımpaşa” klubu baş məşqçisi Mustafa Dənizli ilə yolları ayırıb..

Belə ki,klubun saytına istinadən yaydığı xəbərə görə, 70 yaşlı mütəxəssis istefa verib. O, komandanın uğurlu nəticə əldə edə bilmədiyi üçün bu addımı atdığını bildirib.

Ötən ilin oktyabr ayından Mustafa Dənizlinin rəhbərlik etdiyi komanda 32 turdan sonra Türkiyə Superliqasında 38 xalla 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Mustafa Dənizli 2013-14-cü illərdə “Xəzər Lənkəran”ın baş məşqçisi olub

Son yazılar

Yuxarı