Ölkə futbolu

Mustafa Dənizli istefa verdi (RƏSMİ)

16.05.2014 , 09:42

Bu gün “Xəzər Lənkəran” Futbol Klubunun prezidenti Mais Mənsimov və baş məşqçi Mustafa Dənizli arasında görüş keçirilib. 

Korner.az klubun saytına istinadən xəbər verir ki, görüşdə komandanın durumu barədə müzakirələr aparılıb və yekunda türkiyəli mütəxəssislə yolların ayrılması qarşılıqlı şəkildə razılaşdırılıb.

“Xəzər Lənkəran” Futbol Klubu Mustafa Dənizliyə klubda çalışdığı müddətdə etdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Son yazılar

Yuxarı