“Xəzər Lənkəran” türkiyəli qolkiper transfer etmək istəyi baş tutmayıb.
Korner.az-ın məlumatına görə, “Ağ-yaşıllar”ın baş məşqçisi Mustafa Dənizli sabiq “Fənərbağça”lı futbolçu Volkan Babacanı transfer etmək istəsə də, onun bu planı baş tutmayıb. Belə ki, hazırda “Manisapor”un şərəfini qoruyan 26 yaşlı qolkiper Azərbaycanda çıxış etmək istəməyib.
Türkiyə mətbuatında yer alan xəbərə görə, əlcək sahibin təklifi rədd eləməsinin səbəbi klubu ilə birgə Türkiyə Superliqasının vəsiqə qazanmaq istəyi olub.
Qeyd edək ki, 2002-2011-ci illərdə “Fənərbağça”nın həm əvəzedici, həm də əsas komandalrında çıxış edən Volkan “Manisaspor”un əsas qolkiperidir.
