“Azərbaycana gəldiyim ilk gündən eşitdiyim o olub ki, burda hakimlərin əksəriyyəti “Neftçi”yə rəğbət bəsləyir. Böyükağa Hacıyevin hakimlikdən narazı qalmasını başa düşürəm. Elə bilirdi, 3 xal cibindədi, son dəqiqədə əlindən çıxdı”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi”ylə oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.
Türkiyəli çalışdırıcı oyunun derbi atmosferində keçmədiyini də etiraf edib: “Hazırkı durumuna görə “Neftçi” daha güclüdü. Zaman-zaman yaxşı oynadıq. Oyunun derbi ab-havasında keçdiyini demək olmaz. Hesabı 0:2-dən 2:2-yə gətirmək bizim üçün təsəllidi, amma məqsədimiz 3 xal idi. Belə oyunlarda hər iki komandanın azarkeşlərinin stadionda olmasını istərdim”.
