"Bu oyun deyildi komediya idi. Oyun haqqında nə deyim bilmirəm".
Korner.az-ın mçəlumatına görə, bu sözləri “Rəvan”a məğlubiyyətdən sonra "Xəzər Lənkəran"ın çalışdırıcısı Mustafa Dənizli deyib.
Türkiyəli çalışdırıcı bildirib ki, komandası ikinci qolu rəqibə "hədiyyə" edib: “Daha neynəməliyik ki, qalib gələk? Bu qədər qol epizodu yaradıb, vura bilməmək, anlamıram nədəndi. “Rəvan” bir epizodda qol vurdu. İkinci qolu biz onlara hədiyyə etdik”.
