Musleraya nə olub?
02.05.2023 , 11:58

“Qalatasaray”ın qapıçısı Fernando Muslera psixoloji olaraq çətin günlər keçirir.
Korner.az xəbər verir ki, uruqvaylı qolkiper son oyunlarda etdiyi səhvlərə görə 6 qol buraxıb.
Buna səbəb bir müddət əvvəl ortaya çıxan fırıldaq qalmaqalında qurbanlar arasında Fernando Musleranın da adının olmasıdır.
İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində ifadəsi alınan 36 yaşlı qapıçı külli miqdarda maliyyə itkisinə məruz qalıb.
Bu vəziyyətin Muslera və ailəsinə də mənfi təsir etdiyi bildirilib.
