Musleranı o əvəzləyə bilər
17.04.2025 , 20:00

“Qalatasaray” Musleranı əvəzləyəcək qapıçı axtarışındadır.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi hazırda “Eyüpspor”da çıxış edən Berke Özerlə maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, Super Liqa nəhənginin 24 yaşlı qolkiper üçün danışıqlara başlayacağı diqqətə çatdırılıb.
