Musleradan xəbər var
06.11.2023 , 13:19

“Qalatasaray”ın qapıçısı Muslera sıradan çıxıb.
Korner.az xəbər verir ki, qolkiper “Kasımpaşa”ya qarşı evdə keçirdiyi matçda (2:1) aldığı zədədən bir müddət yaşıl meydanlardan kənar qalacaq.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərə görə, onun 1 ay komandasına kömək edə bilməyəcəyi bildirilir.
