Mövsümün sonunda “Qalatasaray”ı tərk edəcəyi iddia edilən Fernando Muslera maraqlı açıqlamalar verib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, oyunçu “Mançester Siti”yə keçəcəksənmi sualına belə cavab verib:
“Premyer Liqada oynamaq mən arzumdur. Lakin “Qalatasaray”da xoşbəxtəm. Mövsüm sonunda təklif gəlsə, klub prezidentimizlə oturub danışarıq. Amma mənim öncəliyim “Qalatasaray”dı”.
