Muslera “Qalatasaray”dan gedir?
27.05.2025 , 11:00

Mövsümün sonunda “Qalatasaray”la müqaviləsi başa çatacaq Fernando Muslera qərarını verib.
Korner.az xəbər verir ki, uruqvaylı qolkiper İstanbul təmsilçisi ilə sözləşməsini yeniləməyəcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Onun yaxın zamanda komandadan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Fernando Muslera 2011-ci ilin yayından “Qalatasaray”da forma geyinir.
