Muslera “Qalatasaray”dan gedir?
21.02.2024 , 17:04

“Qalatasaray”ın qapıçısı Fernando Muslera komandasınan ayrıla bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İtaliya A Seriasında davam etdirməyə yaxındır.
Qolkiperlə “Parma” yaxından maraqlanır. Klub təcrübəli qapıçıya yaxın zamanda müqavilə təklif etməyi düşünür.
Qeyd edək ki, Muslera 2011-ci ildən “Qalatasaray”da çıxış edir.
