Muslera “Qalatasaray”dan gedə bilər
24.07.2018 , 21:47

“Qalatasaray” komandası çətin seçim qarşısındadır
Klubun rəhbərliyindən Əbdurrəhim Albayraq İsveçrədə keçirilən təlim-məşq toplantısında jurnalistlərin suallarını cavablandırıb. Albayraq yaxın günlərdə “Qalatasaray”da sürpriz ayrılıq ola biləcəyi haqda məlumat versə də, futbolçunun adını açıqlamayıb.
Türkiyə mətbuatında yayılan məlumatlara görə isə, bu sürpriz futbolçu Muslera ola bilər. Belə ki, İtaliyanın “Roma” klubu Musleranı heyətinə cəlb etmək istəyir. Lakin hələlik rəsmi heç bir addım atılmayıb. “Qalatasaray” isə 20 milyon avrodan çox təklif gələrsə Musleradan vaz keçə bilər.
