Muslera azarkeşlərə təşəkkür etdi
09.05.2023 , 09:26

Türkiyə Super Liqasının 33-cü turunda “Qalatasaray” “Başakşəhər”ə 1:0 hesabı ilə qalib gəlib.
Korner.az xəbər verir ki, oyundan sonra komandanın kapitanı Fernando Muslera yerli mətbuata açıqlama verib:
“4 oyun qaldı. Bizim üçün inanılmaz vacib oyun idi. Birbaşa rəqiblərimizdən birinə qarşı oynayırdıq. Azarkeşlərə də təşəkkür etmək istərdim. Derbidə uduzduqdan sonra belə bir atmosferdə mübarizə apardığımız üçün çox şadıq”, – deyə qolkiper bildirib.
