“Qalatasaray”ın qapıçısı Fernando Muslera mövsümün sonunda komandadan ayrılacaq.
Korner.az-ın məlumatına görə, buna “Cim Bom”un bir il müddətinə avrokuboklardan kənarlaşdırılması səbəb olub.
“Qalatasaray”ın növbəti mövsüm avrokuboklarda iştirak etməyəcəyini nəzərə alan 29 yaşlı qolkiper klubunu dəyişmək qərarına gəlib. Hələlik onun karyerasını hansı klubda davam etdirəcəyi məlum deyil.
