Muslera 150 dollarlıq parfümunu itirdi
25.05.2023 , 12:56

“Qalatasaray”ın qolkiperi Fernando Muslera yeni qalmaqalla gündəmə gəlib.
Korner.az xəbər verir ki, məşhur futbolçu ilə yoldaşları arasında xoşagəlməz hadisə yaşanıb.
Zərif və mehriban xasiyyəti ilə tanınan qapıçı 150 dollarlıq ətirini komandanın təyyarəsində axtarsa da, tapa bilməyib.
Zarafat edildiyini düşünən futbolçu bəzi komanda yoldaşlarından vəziyyəti soruşsa da, istədiyi cavabı ala bilmədikdə əsəbiləşib.
Klub rəsmiləri qışqıran futbolçunu sakitləşdirib.
Mina Musayeva
