“Qəbələ” klubunun gənc müdafiəçisi Müşfiq Teymurov “Rəvan”la oyun barəsində fikirlərini paylaşıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu bu il komandanın heyətində ilk oyununa çıxıb.
Teymurov bildirib ki, hər zaman əsas heyətə düşmək üçün çalışır və bu oyunda həyəcanlı olsa da, az müddətdə oyununun tempinə alışıb.