Türkiyənin “Fənərbağça” klubunun şərəfini qoruyan Musa Sou milli komandada gələcək karyerası haqqında açıqlamalar verib.
Korner.az-ın
məlumatına görə, seneqallı futbolçu öz açıqlamalarında bunları qeyd edib: “Kimsə
bizi meydanda mübarizə aparmadığımıza görə günahlandıra bilməz. Bizdən sonra
milli komandada oynayacaq yaxşı futbolçular var. Onların sonuna qədər gedə biləcəklərinə
ümid edirəm. 2019-cu ildə təşkil olunacaq Afrika Millətlər Kubokunda iştirak edəcəyimi
zənn etmirəm. Nə olacağını görəcəyik”.
Xatırladaq
ki, Afrika Millətlər Kubokunun ¼ final mərhələsində Kamerun millisi Seneqal
millisini penaltilər seriyasında 5-4 qalib gələrək yarımfinala yüksəlib.
