Ölkə futbolu

Musa Qurbanlı “Zirə”nin tarixinə düşdü

22.01.2021 , 19:24

Azərbaycan Premyer Liqasının 14-cü turunun “Qəbələ” ilə ev oyunu “Zirə”nin futbolçusu Musa Qurbanlı üçün əlamətdar olub.

Korner.az xəbər verir ki, gənc hücumçu debüt oyununda ilk qola imza atıb və klub tarixinin rekordunu yeniləyib.

“Qartallar”ın 2:0 hesabı ilə qalib gəldiyi matça start heyətində çıxan forvard klub tarixinə Premyer Liqada şans qazanan 104-cü futbolçu kimi düşüb. Onadək 103 oyunçu buna nail olmuşdu.

Musa “Zirə”nin heyətində Premyer Liqadakı debüt matçında qol hesabını açan 5-ci futbolçu olub. Ona qədər Viktor İqbekoyi, Aleksandr Dedov, Pərdis Fərcad-Azad və Ağabala Ramazanov ilk oyunda fərqlənib.

Son yazılar

Yuxarı