Musa Qurbanlı Polşa klubunda?
13.01.2023 , 10:38

“Qarabağ” hücumçusu Musa Qurbanlını satmağa yaxındır.
Korner.az “SportoweFakty”yə istinadən xəbər verir ki, “Poqon” klubu millimizin futbolçusunu transfer etməkdə israrlıdır. Polşa təmsilçisinin “Qarabağ”la danışıqları sürətləndirdiyi bildirilir.
Hazırda hər iki klub da Antalyada təlim-məşq toplanışını davam etdirir. Tərəflərin razılığa gəlməsi an məsələsidir.
Qeyd edək ki, Musa cari mövsüm Ağdam klubu ilə Premyer Liqada 15 oyunda meydana çıxıb və 14 qol vurub.
