Musa Qurbanlı: “Onların haqqı ödənməz”
16.09.2022 , 10:48

“Qarabağ”ın futbolçusu Musa Qurbanlı komansanının “Nant”a qalib gəldiyi oyunun ardından instaqram hesabından paylaşım edib.
Korner.az-ın məlumatına görə, hücumçu 3:0 hesabıyla qazanılan qələbəni şəhidlərə həsr etdiklərini bidirib:
“Bu möhtəşəm qələbə ordumuza və Vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizə həsr olunur. Onların haqqı ödənməz. Şəhidlər ölməz, Vətən bölünməz! Qarabağ Azərbaycandır!”
