Avropa Liqasının ikinci təsnifat mrhələsi çərçivəsində bu gün öz meydanında "Xəzər Lənkəran"ı qonaq edəcək Polşanın "Lex" klubunun futbolçusu Rafl Muravski oyunla bağlı fikirlərini bildirib. Korner.az-ın məlumatına görə, polşalı futbolçu "Xəzər Lənkəran"la oyunun heç də asan olmayacaqını bildirdi:
“4 il öncəki oyun düşünüldüyü kimi asan olmamışdı. Oyunun böyük hissəsi 1-1 hesabı ilə keçdi, lakin yekunda qələbə qazandıq. Bu nəticəni sabahkı oyunda da təkrar etmək istərdik, amma bu dəfə elə asan olmayacaq. Oyunun əvvəlində istədiyimiz qolu vura bilsək qalib gələcəyik”.
