“Bakı” – “Mura” qarşılaşmasından sonra rəqibin baş məşqçisi açıqlamasında rəhbərlik etdiyi komandanın peşəkar futbolçulardan təşkil olunmadığını deyib. Korner.az-ın müxbirinin verdiyi məlumata görə, Çalışdırıcı, hətta bir sıra futbolçuları ilə müqavilə imzalamadıqlarını etiraf edib. Oyun zamanı rəqib komandanın həkimlər briqadasının olmaması da diqqətdən qaçmayıb. Belə ki, “Mura” Bakıya yalnız həkim köməkçisini gətirmişdi.
