Murad Musayev: “Məğlubiyyətimiz mənim səhvim idi”
17.09.2023 , 21:51

Azərbaycan Premyer Liqasının VI turunda keçirilən “Qarabağ” – “Sabah” oyunundan sonra (2:0) qonaqların baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb.
Korner.az xəbər verir ki, mütəxəssis öncə məğlubiyyəti şərh edib:
Demək olar ki, “Qarabağ” bizdən üstün idi. Layiqli qələbə qazandılar. Məğlubiyyətimiz mənim isə səhvim idi.
-Artıq neçə oyundur ki, David Volkov qol vura bilmir. Düşünmürsüz ki, çmpionluğa oynayan komandaya daha yaxşı hücumçu lazımdır?
Demək olar ki, onun bu oyun qol fürsəti olmadı. Bu gün bütün komandada səhv var idi. Tək onun günahı deyil. Məğlubiyyət varsa, hamının günahıdı.
Bu gün Murad Musayev sakit idi. Məğlubiyyəti elə bil qəbul etmişdiz…
Özümü necə aparmalıyam? Qalib gələndə bir cür deyirsiz, məğlub olanda da bir cür.
Ayaz Quliyevin vəziyyəti?
Optimal hazır deyil. Forma üçün vaxt lazımdır. Margarita da həmçinin. Forma üçün 3-4 həftə lazımdır.
