"Yaxşı bir oyun oldu. Burdan xalla qayıtmağımıza görə uşaqları təbrik edirəm".
Bu sözləri Korner.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Murat Doymuş "Bakı" ilə oyundan (1:1) sonra deyib.
M.Doymuş qələbə qazana bilməmələrini belə izah edib:
"Bakı" 10 nəfərlə qalandan sonra biz çalışdıq ki, çox hücum edək. Biz qələbə qazana bilərdik. Birinci biz hesabda irəlidə idik. Sonra isə çəkindik, oynaya bilmədik və "Bakı" hesabı bərabərləşdirdi".