Sabah Avropa Liqasının təsnifat mərhələsində “Bakı”yla qarşılaşacaq Sloveniyanın “Mura” komandasının bu gün “Dalğa Arena”da nəzərdə tutulan məşqi, eyni zamanda komandanın baş məşqçisinin mətbuat konfransı baş tutmayacaq.
Korner.az-ın məlumatına görə, buna səbəb Sloveniya klubunun viza ala bilməməsidi. Son anda problemi yoluna qoyan "Mura" bu gün gələ bilməyəcək. Rəqib komanda Bakıya çarter reysilə iyulun 5-i, gecə saat 02.00 radələrində gələcəyi gözlənilir.
48 dəfə baxılıb