Avroliqanın ilk təsnifat mərhələsində “Bakı” ilə qarşılaşacaq Sloveniyanın “Mura” klubu bu gün ölkəmizə gəlir. Korner.az-ın məlumatına görə, səhər saatlarında Murska-Sobotadan ayrılan sloveniyalılar axşam məşqini oyunun baş tutacağı “Dalğa Arena”da keçirəcək.
Komandanı ölkəmizə istefa verən baş məşqçi Ante Şimundjanın köməkçisi Feriyu Çifru gətirir. “Mura” Bakıya aşağıdakı futbolçularla gəlir: Barbiç, Bohar, Botyak, Çipot, Eteroviç, Fajiç, Qruşkovnyak, Hоrvat, Yanq, Yeliç, Kozar, Kramar, Lotriç, Luk, Maruşko, Roqaç, Şafer, Travner, Sreşdən