Müqaviləsini yeniləyib, icarəyə verdilər
29.07.2024 , 17:48

“Qalatasaray” gənc qapıçısı Cankat Yılmazın müqaviləsini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul nəhəngi oyunçunun sözləşmə müddətini 2027-ci ilə qədər yeniləyərək “Adanaspor”a icarəyə göndərib.
“Qalatasaray”ın infrastrukturunda yetişən 19 yaşlı gənc qolkiperin hazırkı müqaviləsi 2025-ci ildə başa çatırdı.
