Müqavilə imzalamaq üçün Türkiyəyə gəlir
20.08.2024 , 10:30
“Trabzonspor” “Gent”də çıxış edən Hyun Seok Honqun transferi üçün gün saymağa başlayıb.
Korner.az xəbər verir ki, futbolçunun dünən Türkiyəyə gələcəyi gözlənilirdi.
Lakin cənubi koreyalı yarımmüdafiəçi sənədləşmə işləri tamamlamadığı üçün gələ bilməyib.
Oyunçunun həftə ərzində Trabzona gəlməsi gözlənilir.
“Trabzonspor” 25 yaşlı futbolçu üçün 4,3 milyon avro transfer haqqı ödəyəcək. Hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacaq.