Müqavilə üçün Liverpula gəlir
23.06.2025 , 17:59

“Bornmut”un futbolçusu Miloş Kerkez “Liverpul” üçün İngiltərəyə yola düşüb.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, 21 yaşlı müdafiəçinin sabah tibbi müayinədən keçəcəyi və Mersisayd təmsilçisi ilə yeni müqavilə imzalayacağı bildirilib.
London klubunun ingiltərəli oyunçu üçün 40 milyon funt sterlinq ödəyəcəyi iddia olunur.
Bundan başqa, tərəflər arasında 4 illik sözləşmənin imzalanacağı gözlənilir.
