Müqavilə təklifini bəyənmədi
11.10.2024 , 14:36

“Qalatasaray” futbolçusu Yunus Akgünə yeni müqavilə təklif edib.
Korner.az xəbər verir ki, klub rəhbərliyi oyunçudan gözlənilməz cavab alıb.
Belə ki, oyunçu və meneceri rəhbərliyin yeni təklifini rədd edib.
Yunus Akgünün meneceri sözləşmədəki rəqəmin artırılmasını istəyib.
“Qalatasaray” rəhbərliyinin ulduz futbolçuya qısa müddətdə daha bir təklif göndərəcəyi gözlənilir.
24 yaşlı hücumçu bu mövsüm 11 matçda meydana çıxıb və 4 qol vurub.
Mina Musayeva
