“Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu istefa ərizəsini yazıb.
Bu barədə Korner.az-a klubun mətbuat katibi Anar Hacıyev məlumat verib.
Hacıyev bildirib ki, klub rəhbərliyi rumın çalışdırıcısının ərizəsinə bu gün baxacaq.
Qeyd edək ki, Topaz Premyer Liqasının cari mövsümündə uğursuz çıxış edən “Qəbələ” 13 oyundan 14 xal toplayıb və 8-ci pillədə qərarlaşıb.
