“İlk növbədə futbolçularımı təbrik edirəm. Biz AZAL-a qarşı yaxşı oynasaq da, uduzmuşduq. Həmin vaxt layiq olmadığımız məğlubiyyəti almışdıq. Uğursuz oyundan sonra “Simurq”la görüş önəmli idi”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Simurq” – “Qəbələ” matçından sonra qonaq komandanın baş məşqçisi Dorinel Muntyanu deyib.
Rumın çalışdırıcı bildirib ki, futbolçuları vacib işin öhdəsindən gəliblər: “Simurq”a qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.
