Korner.az PFL-in rəsmi saytına istinadən, “Qəbələ”nin baş məşqçisi Dorinel Munteyanunun Premyer Liqanın VIII turunda məğlub olduqları “Qarabağ” ilə oyundan (0:2) sonra keçirilən mətbuat konfransında söylədiyi fikirləri təqdim edir:
“Komandam çox yaxşı oynadı. Təəssüf ki, bu gün bəzi insanlar bizə mane oldu. Bunu mütəxəssislər gördü. Sözsüz, bütün bunlar bəhanə ola bilməz. İstənilən halda, hadisələr bizim üçün siqnal rolunu oynadı. Növbəti dəfə bunları nəzərə almalıyıq. Etiraf edim ki, müdafiədə xırda səhvlər oldu. Amma ümumi götürsək yaxşı oynadıq. “Qarabağ”la oyunu komanda ilə birgə təhlil edəcəyik”.
