“İlk növbədə komandamı təbrik etmək istəyirəm. Hava çox isti idi. Futbolçularımız bu istiyə dözərək, sona qədər mübarizə apardılar”.
Korner.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 3-cü turunun açılış oyununda “bakı”ya qonaq olan “Qəbələ”nin baş məşqçisi Dorinel Munteanu deyib.
Rumın çalışdırıcı futbolçularının istiyə dözərək, sona qədər mübarizə apardıqlarını və rəqibin ilk hissədə onlara qol vurmaq imkanı yaratmadığını söyləyib: “Amma ikinci hissədə öz oyunumuzu tətbiq etdik və qələbə qazandıq. Qarşıdakı oyunlarda daha yaxşı futbol oynamağa çalışacağıq. Dodo artıq 3 gündür ki, əsas komandadadır, bizimlə davam edəcək. Hesab edirəm ki, Dodo əvəzedici heyətdə keçirdiyi vaxtda səhvlərini dərk edib”.
