Qana yığmasının yarımüdafiəçisi Salli Muntari Almaniya millisi ilə oyundan öncə komandasının düşərgəsini tərk edib.
Korner.az-ın məlumatına görə, o, Braziliyada Maseyo şəhərində kasıb ailələrin məskunlaşdığı məhəlləyə gedərək oranın sakinlərinə maddi yardım göstərib. Muntari bir ailənin evində olub.
Bundan sonra küçədə ondan kömək istəyənlərə pul paylayıb.
