DÇ-2014-də daha bir rekord qeydə alınıb.
Korner.az-ın məlumatına görə, Kolumbiya yığmasının qolkiperi Ali Fərid Mondraqon dünən başa çatan Yaponiya ilə matçda meydana çıxmaqla dünya çempionatlarının final mərhələsində forma geyən ən yaşlı futbolçu olub.
43 yaşlı qapıçı oyunun 85-ci dəqiqəsində David Ospinanı əvəzləyib. Bununla da o, kamerunlu futbolçu Rocer Millanın rekordunu qırıb. R.Milla ABŞ-da keçirilən dünya çempionatında Rusiyaya qarşı oyuna çıxanda 42 yaş 1 ay 8 günlük olub.
