Müller üçün daha bir təklif
25.04.2025 , 16:08

Cari mövsümün sonunda “Bavariya”dan ayrılacağını açıqlayan Tomas Müller daha bir klubun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, “Vissel Kobe” ulduz oyunçunu heyətinə cəlb etmək istəyir.
Amma 35 yaşlı futbolçunun Yaponiya klubuna razılıq verəcəyi gözlənilmir.
Qeyd edək ki, Müller 2000-ci ildən Almaniya nəhəngində çıxış edir.
